Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 23:56
Rusiyanın daha 30 diplomatı ABŞ-ı tərk edəcək.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Rusiyanın ABŞ-dakl səfiri Anatoli Antonov "Rossiya-24" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya xarici nümayəndəliklərinin əməkdaşları viza məhdudiyyətləri səbəbindən geri qayıdacaq.
"ABŞ Rusiyanın ölkədəki diplomatik mövcudluğunu azaltmaq siyasətini davam etdirir. 2023-cü il yanvarın 1-də Dövlət Departamentinin viza məhdudiyyətlərinə görə ABŞ-ı tərk etmək məcburiyyətində qalan daha 30 nəfər bizi tərk edir", - səfir bildirib.