Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 08:24
Ukrayna Prezidenti Volodimiz Zelenski Donbas cəbhəsi istiqamətində vəziyyətin ağır olduğunu, Baxmut şəhərinin faktiki olaraq dağıldığını bildirib.
Dövlət başçısı videomüraciətində Donetsk istiqamətində ağır toqquşmaların getdiyini bildirib.
"Cəbhədə əsas istiqamətlərdə vəziyyət çox ağırdır. Soledar, Kremennaya və Baxmutda mərmi düşməyən yer qalmayıb. Baxmut şəhəri faktiki olaraq dağılıb. Rusiya ordusu buranı xarabalığa çevirib" - deyə Zelenski vurğulayıb.