Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 11:48
Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında üz-üzə gələcək Mərakeş və Portuqaliya yığmaları daha əvvəl iki dəfə bir-birilərinə rəqib olublar.
Sonxeber.net "report"a istinadən bildirir ki, hər iki oyun mundialların qrup mərhələsinə təsadüf edib.
1986-cı ildəki matç Mərakeşin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 2018-ci ildəki turnirdə portuqaliyalılar sevinən tərəf olublar - 1:0.
Afrika təmsilçiləri qrup mərhələsindən sonrakı raundlarda köhnə qitə komandaları ilə 11 dəfə görüşüblər və bunların 9-da yarışla vidalaşıblar. Tarixdə indiyədək bu qitənin yığmaları yarımfinala vəsiqə qazana bilməyib. Mərakeşdən əvvəl Kamerun (1990), Seneqal (2002) və Qana (2010) 1/4 finalda iştirak edib.
Üçüncü dəfə 1/4 final mərhələsində iştirak edən Portuqaliya millisi bu raundda uduzmayıb. Priney təmsilçisi 1996-cı ildə Şimali Koreyanı, 2006-cı ildə İngiltərəni mübarizədən kənarlaşdırıb.
1/4 final mərhələsinin digər qarşılaşmasında İngiltərə və Fransa komandaları münasibətlərə aydınlıq gətirəcək. Tərəflər mundialların qrup mərhələsində iki dəfə üz-üzə gəliblər. Britaniyalılar 1966-cı ildə 2:0, 1982-ci ildə 3:1 hesabı ilə qalib gəlib.
Son çempion Fransa bu rəqibi ilə əvvəlki 8 oyunun (5 qələbə, 2 heç-heçə) sadəcə birində yenilib. Millilər 2017-ci ildən sonra ilk dəfə görüşəcəklər. Həmin vaxt fransızlar rəqibini məğlub edib - 3:2.
Qaret Sautgeyt İngiltərə seçməsi mərhələ adlasa, tarixə düşəcək. O, komanda ilə bunu iki dəfə (ilk dəfə: 2018) bacaran ilk mütəxəssis olacaq.
Qeyd edək ki, Mərakeş - Portuqaliya matçı Bakı vaxtı ilə saat 19:00-da, İngiltərə - Fransa qarşılaşması isə saat 23:00-da başlayacaq.