Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask: “Twitter” 1,5 milyard hesabı siləcək”

İlon Mask: “Twitter” 1,5 milyard hesabı siləcək”

Tarix: 10 Dekabr 2022 17:40

"Twitter" xidməti istifadəçi bazasını təmizləməyi planlaşdırır.

Bunu sosial şəbəkənin sahibi İlon Mask bildirib. Maskın sözlərinə görə, 1,5 milyard "Twitter" hesabı tezliklə silinəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mask hesabların silinməsi üçün iki meyar qeyd edib. İlk növbədə, tvitlərin olmadığı hesablar və sahibinin "illərdir" profilinə daxil olmadığı səhifələr silinəcək.

Milyarder qeyri-aktiv hesabların kütləvi şəkildə silməsinin səbəbləri barədə ətraflı açıqlama verməyib. Ekspertlərin fikrincə, bu yolla qeyri-aktiv hesablar üçün istifadə olunan adların sərbəstləşdirilməsi planlaşdırılır.

Mask silinmənin nə vaxt başlayacağını da dəqiq deməyib.

Qeyd edək ki, 2019-cu ildə "Twitter" texniki xidməti hesabların heç vaxt silinməyəcəyinə söz verib. Bu, ölən insanların profillərinin "Twitter"də saxlanılması üçün edilib.

Milli.Az


Etiketlər:  İlon Mask Twitter 15 milyard hesabı siləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ