Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keyfiyyətli dondurmanı saxtadan belə ayırın. Məsləhətlər

Keyfiyyətli dondurmanı saxtadan belə ayırın. Məsləhətlər

Tarix: 10 Dekabr 2022 23:03

İsti fəsillərin ən ləzzətli teamı dondurmadır. Dondurmanı böyüklər də, uşaqlar da xoşlayır. Yaxşı keyfiyyətli dondurma həmçinin çox faydalı məhsuldur.

Alimlər sübut edir ki, dondurma insanın əhvalını yaxşılaşdırır, stressi azaldır.

Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər.

Bəs keyfiyyətli dondurmanı necə ayırd etmək olar?

1. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər ağ və ya qəhvəyi rəngdə dondurmaya üstünlük verməyi tövsiyə edirlər. "Rəngli" dondurmaların tərkibinə rəngvericilər daxil edilir və bu rəngvericilər əsasən təbii olmur.

2. Dondurmanın üzərində buz kristalları olmamalıdır. Belə kristalların olması onu göstərir ki, məhsul ucuz xammaldan hazırlanıb.

3. Dondurmanı otaq temperaturunda saxlayanda, tərkibində palma və ya digər bikti yağları olan məhsul tez əriyir və formasını itirir. Təbii süd və qaymaqdan hazırlanmış məhsul isə gec əriyir və formasını saxlayır.

4. Keyfiyyətli dondurmanı yeyəndən sonra ağızda xoş qaymaq dadı, tərkibində palma yağı olan saxta dondurmanı yeyəndən sonra ağızda xoş olmayan yağlı dad, yağlı "plyonka" qalır.


Etiketlər:  Keyfiyyətli dondurmanı saxtadan belə ayırın Məsləhətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ