Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe onu kral ADLANDIRDI

Mbappe onu kral ADLANDIRDI

Tarix: 13 Dekabr 2022 08:24

Portuqaliya millisinin dünya çempionatında mübarizəni dayandırması ilə bağlı Kriştianu Ronaldonun sosial şəbəkədə paylaşımına reaksiyalar müxtəlif olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa yığmasının hücumçusu Kilian Mbappenin "post"a yazdığı şərh diqqətləri çəkib.

24 yaşlı forvard Ronaldonun paylaşımına emojilər yerləşdirib. O, dünya rekordçusunu kral, azarkeş sevgisini qazanan və bütün zamanların ən mükəmməli saydığını etiraf edib.

Qeyd edək ki, beşinci dəfə dünya çempionatında oynayan 37 yaşlı Ronaldo mundialda 22 matçda 8 qol vurub.

Milli.Az


Etiketlər:  Mbappe onu kral ADLANDIRDI


RƏYLƏR