Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 00:24
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.
Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Xatırladaq ki, "Keşlə"nin futbolçusu Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.