Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 13:50
Respublika ərazisində qarlı, qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, problem yaranmış ərazilərə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.
"Azərişıq" ASC-dən bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.
"Azərişıq"dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: