Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Aynişandan bir dəfə də soruşmamışam ki, reklamdan nə qədər pul qazanır” - VİDEO

“Aynişandan bir dəfə də soruşmamışam ki, reklamdan nə qədər pul qazanır” - VİDEO

Tarix: 13 Dekabr 2022 17:20

"Yemək yeməmək anamı çox əsəbləşdirir. Anam mənə hesab götürüb. Gün ərzində 10 nəfərin yeməyini hazırlayır. Deyir ki, bu yeməyi yeyib niyə bitimədin? Əslində mən yemək yeməyi sevmirəm. Amma kiçik porsiyalar olsun".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva anası ilə birgə qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Qızının yemək yeməməsindən əsəbiləşən Haşımova bunu arıq qalmaq üçün etdiyini söyləyib:

"Aynişan yemək yemir. Söyləyir ki, kökəlirəm. Ona deyirəm ki, bir gün həsrət qalacaqsan, ananın bişirdiyi yeməklərə. Deyir ki, belə deməklə məni şantaj edirsən. Aynişan uşaq vaxtlarından yemək yeməyi sevmir. Demirəm bütün günü yemək yesin. Axı mən bu yeməyi bişirmişəm".
Verilişin aparıcısı Afaq Gəncəlinin "Bir övladınız var. İstəmədiniz ki, onu səhnədə görəsiniz?" sualına Əməkdar artistin cavabı belə olub:

"Ən böyük arzum prokuror olmaq idi. Musiqiyə isə ulu öndər Heydər Əliyevin istəyi ilə gəlmişəm. Sonra dedim ki, heç olmasa Aynişan həkim olsun. Amma olmadı. Bu iku peşəni çox sevirəm. O da dedi ki, həkim peşəsi çox məsuliyyətlidir".

Aynişan isə anasının bu cavabına "Bəlkə də anam seçimimi mənə buraxsaydı həkim olardım. Amma o qədər dedi ki, həkim ol, ona görə olmadım" qarşılığını verib.

Proqramın digər aparıcısı Tural Əsədovun "Bloqerlikdə pul var?" sualına Aynişan "Əlbəttə ki var" qısa cavabını verib.

Aparıcının "Qızınız pulu ən çox hara xərcləyir?" sözünə müğənni "Onun nə qədər pul qazandığı ilə maraqlanmıram. Bu günə qədər hələ bir dəfə də olsun soruşmamışam ki, bu reklamdan nə qədər pul qazanmısan. Aynişan dünyaya gələndə məndən xahiş etməmişdi onu dünyaya gətirim. Onu sevgimlə dünyaya bəxş etmişəm.

Onun üçün də düşünürəm ki, nə qədər ömrüm var, ona borcluyam. O mənə yox. Onun ardınca mən qaçmalıyam, ona mən köməketməliyəm. O mənə yox. Onun elə bir dənə gözəl duruşu dünyada ən böyük qazancımdır" şərhini verib.

Afaq Gəncəlinin "Niyə müğənni olmadın?" sualına isə Aynişan " Bu sənətdə olduğumdan və içində böyüdüyümdən uşaqlıqdan müğənniliyi çox sevirdim. Amma sənəti sevmək ilə içində olmaq məsələsi tamam başqadır.

Məsuliyyətin ağırlığına dözə bilmədim. Psixoloji olaraq güclü insanam. Amma elə şeylər var ki, ona hazır deyildim. Ona görə bir müddət müğənnilikdən uzaqlaşdım. Amma sənət insanın ürəyindən gəlməlidir. Bəlkə sabah ürəyim oxumaq istəyər. Bu, ruh halıma bağlıdır. Onsuz da anam müğənni olmağımı istəyir" deyə fikirlərini ifadə edib.

Milli.Az


Etiketlər:  Aynişandan bir dəfə soruşmamışam ki reklamdan qədər pul qazanır VİDEO


RƏYLƏR