Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş müəlliməsini pula görə öldürənə hökm oxundu

Keçmiş müəlliməsini pula görə öldürənə hökm oxundu

Tarix: 13 Dekabr 2022 17:38

Rusiyada, Altay diyarında məhkəmə 65 yaşlı müəlliməni qətlə yetirən 23 yaşlı yerli sakini 19 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Oğlan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin "c" bəndi ("Soyğunçuluq"), 105-ci maddəsinin 2-ci hissəsinin "e, h" bəndləri ("Qətl") ilə təqsirli bilinib və cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Məlumata görə, 2021-ci il iyunun 1-də Novoaltayskda müttəhim pulla bağlı problemlərə görə quldurluq etmək qərarına gəlib. O, əlcək və bıçaq alıb, hədəfi isə keçmiş müəlliməsi olub. Oğlan bilib ki, təqaüdçü tək yaşayıb. Daha sonra oğlan müəllimənin evinə daxil olaraq ona 44 bıçaq zərbəsi vuraraq ölümcül xəsarətlər yetirib. Lakin zərərçəkənin yaşadığı evdə dəyərli heç nə olmayıb. Daha sonra məhkum 15 min rubl (təxminən 240 dollardan az) dəyərində əmlakı götürərək qaçıb.

Qeyd olunub ki, təqsirləndirilən şəxs əvvəlcə özünü təqsirli bilsə də, daha sonra ifadə verməkdən imtina edib. Bundan əlavə, qohumları ona saxta alibi veriblər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Keçmiş müəlliməsini pula görə öldürənə hökm oxundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ