Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 18:15
"Mən bu mövzu ilə bağlı nəsə danışanda qalmaqal olur. Sözümü demişəm, mahnı kimindirsə, elə onundur. Buna əməl edirlər etsinlər, etmirlərsə də etməsinlər. Bu haqda heç nə danışmaq istəmirəm. Bilmirəm mənim adımı bu mövzuda niyə hallandırırlar?! İşləri-gücləri yoxdur yəqin".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev "Gecələr" mahnısı ilə bağlı danışarkən bildirib. O daha sonra əlavə edib.
"Bu mahnı qarmon ifaçısı Zabit Quliyevindir. Bəhram özü də deyirdi ki, bu mahnı onun mahnısıdır. Mahnını mənə Bəhram vermişdi. İlk ifaçısı mən olmuşam. Sonra Rəhilə Həsənova oxuyub. O məndən icazə aldı ki, olar oxuyum?! Dedim ki, oxu da", - deyə sənətkar bildirib.
Qeyd edək ki, bəstəkar Bəhram Nəsibovun oğlu Adil Nəsibov Kulis.az saytına açıqlamasında belə demişdi: "2008-ci ildə Niyaməddin çıxıb dedi ki, "Gecələr" mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi".