Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 12:36
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir. Həmin korpusda isə istilik problemi yaşanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006 -cı ildə tikilərək istifadəyə verilib.
240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.
Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.
Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.
Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: