Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 19:24
Son dəhşətli edamlar beynəlxalq ictimaiyyətin İran hökumətini məsuliyyətə cəlb etmək əzmini gücləndirir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın BMT-nin Qadınlar Komissiyasından çıxarılmasına işarə edərək deyib.
"Birləşmiş Ştatlar dünya üzrə müttəfiqləri və tərəfdaşları ilə İran hökumətini bu ölkənin xalqına, xüsusən də dinc etirazçılara, qadınlara və qızlara qarşı hərəkətlərinə görə cəzalandırmağa çalışır. İran Ukrayna xalqına qarşı zorakılığa yardım, həmçinin, bütün Yaxın Şərq regionunda sabitliyi pozan hərəkətlərinə görə cavab verməlidir".