Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 20:08
Dövlət İmtahan Mərkəzi (DİM) növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini açıqlayıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, 2023-cü ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları martın 5-i və 12-də , 9 illik orta təhsil səviyyəsi üzrə isə aprelin 9-u, 16-sı və 30-da keçiriləcək.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 2-də olacaq. Buraya həm beşinci ixtisas qrupuna qəbul, eləcə də kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları daxildir. Mayın 14-də isə əvvəlki illərin məzunları 9-cu sinif təhsil bazasından kolleclərə imtahan verəcəklər.
Xanlar Xanlarzadə buraxılış və qəbul imtahanı proqramlarında olan dəyişikliklərdən də danışıb.
Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: