Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq

Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq

Tarix: 15 Dekabr 2022 22:52

Bugün gecə saatlarında Gədəbəy və Qazax, sabah isə Balakən və Yardımlı rayonlarının dağ və dağətəyi kəndlərində hava şəraitinin kəskin soyuması ilə əlaqədar olaraq qaz təchizatında məcburi fasilələr yaranacaq.

Bu haqda "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, havaların kəskin soyuması qaz xətlərində texniki nasazlıqlara səbəb olub, nəticədə qaz sızmaları baş verib. Təhlükəli vəziyyətin dərhal aradan qaldırılması üçün ərazilərə "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları ezam olunub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.

Milli.Az


Etiketlər:  Bu rayonlarda qaz təchizatında məcburi fasilələr yaranacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ