Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə bilər” - ABŞ institutu

“Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə bilər” - ABŞ institutu

Tarix: 16 Dekabr 2022 13:16

"Rusiya Belarus ərazisindən Ukraynaya hücum edə bilər".

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı məqsədləri dəyişməyib.

Qeyd olunub ki, Kreml rəhbəri ukraynalıları Rusiyanın şərtləri ilə danışıqlara məcbur etmək istəyir: "Rusiya Ukraynada maksimalist məqsədlərə nail olmaq istəyir, bunun üçün cəhdlər göstərir. Kremlin son 10 ayda Ukraynada müxtəlif hərbi, siyasi, iqtisadi və diplomatik səylərinin təməlində konkret məqsədlər dayanır. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar söyləyib ki, Rusiyanın məqsədi Ukraynanı üzərində tam nəzarəti əldə etməkdir"

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya məqsədlərinə nail olmaq üçün xüsusilə iki istiqamətdə - Baxmut və Avdiivka-Donetskn istiqamətində hücumları davam etdirir.

İnstitutun məlumatına görə, V.Putin Rusiya qoşunlarına Donetsk vilayətini bütövlükdə ələ keçirməklə bağlı əmr verib.

Qeyd olunub ki, Rusiyanın səylərinin əsas məqsədlərindən biri də Donetsk və Luqansk vilayətlərində ərazi qazancının təmin edilməsidir.

"Rusiyanın Ukraynanın kritik infrastrukturlarına qarşı kütləvi raket zərbələri Putinin Ukraynanı təslim olmağa və ya Kremlin şərtləri ilə danışıqlara girməyə məcbur etmək üçün etdiyi növbəti hərbi cəhddir. Ukraynanın Xarkov və Xerson vilayətlərində iki əks-hücumu nəticəsində Rusiyanın cəhdlərinin qarşısı alındı. Ukrayna üstünlüyünü qorudu. Ona görə də 2023-cü ilin qışında Rusiya Belarus ərazisindən Ukraynaya yeni hücuma başlaya bilər. Bu, Moskvanın növbəti cəhdi olacaq", - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

ABŞ analitiklərinin fikrincə, Rusiyanın Belarusdakı hərbi mövcudluğunun 2022-ci ilin payızından etibarən artması Rusiyanın bu ölkə ərazisindən Ukraynaya hücum edəcəyi ilə bağlı ehtimalı artırır.

Milli.Az


Etiketlər:  Rusiya qışda Belarus ərazisindən Ukraynaya hücum edə bilər ABŞ institutu


RƏYLƏR