Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 17:58
İstanbulun Avcılar rayonunda robot muzeyi ziyarətçilərin ixtiyarına verilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun təşəbbüskarı yerli proqram təminatı şirkəti olub.
Muzeydə məhz həmin şirkətin 2009-cu ildən bu yana robot texnologiyaları sahəsində apardığı işlər sərgilənir. Burada şirkət tərəfindən istehsal edilən robotlar, onların prototipləri və robotların hazırlanmasında istifadə olunan materiallarla tanış olmaq mümkündür.
Muzeydəki robot emalatxanalarında isə uşaqların xüsusi dəstlər alaraq öz robotlarını hazırlama fürsəti əldə edəcəklər.