Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ Rusiyanın bu generalına da sanksiya tətbiq etdi

Aİ Rusiyanın bu generalına da sanksiya tətbiq etdi

Tarix: 16 Dekabr 2022 23:44

Avropa İttifaqının "qara siyahısı"na Rusiya Baş nazirinin üç müavini, bir neçə rusiyalı nazir, Konstitusiya Məhkəməsinin sədri və hakimləri, Dövlət Dumasının 42 deputatı, Federasiya Şurasının üzvləri və bir sıra digər rəsmi şəxslər daxil edilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, İttifaq Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru, ordu generalı Viktor Zolotova qarşı da sanksiya tətbiq edib.

Aİ-nin qətnaməsində deyilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədardır.


Etiketlər:  Rusiyanın generalına sanksiya tətbiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ