Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 08:36
Böyrək çatışmazlığı kəskin və xroniki olmaqla 2 yerə ayrılır. Böyrək çatışmazlığı su-duz, eloktrolit və böyrəklərin azot balansının pozulması, kəskin toksiki zədələnmələr, göbələklərlə, dərmanlarla zəhərlənmələr, iltihabi proseslər, ürək-damar xəstəliklri, şəkərli diabet xəstəliyi zamanı əmələ gələ bilir. Xəstəliyin təhlükəli olması onun geri dönməyən patologiyalar əmələ gətirməsində və bütün orqanizm təsir edə bilməsindədir. Böyrək çatışmazlığı özünü aşağıdakı simptomlarla biruzə verir.
Bel hissədə ağrı
Bel hissədə sızıldayıcı və daimi olan ağrılar böyrək ağrılarıdır. Böyrək xəstəlikləri zamanı meydana çıxan ağrılar fiziki hərəkətlə əlaqədar olmur.
Üşütmə
Kəskin böyrək xəstəliyi zamanı böyrəklər eritropoetin sintez edə bilmirlər. Bu da qanda eritrositlərin miqdarının azalmasına səbəb olur. Qanda eritrositlərin aşağı düşməsi qan dövranı zamanı toxumaların normal qidalanmamasına səbəb olur ki, bu zaman xəstələr daima üşüyürlər. Kəskin böyrək çatışmazlığı xəstələri isti yay günlərində də isinmirlər.
Yorğunluq
Qanda eritrositlərin miqdarının aşağı düşməsi toxumaların oksigenlə qidalanmamasına səbəb olur. Bu zaman beyin də oksigenlə yetərincə qidalanmır və xəstələrdə xroniki yorğunluq əlamətləri meydana çıxır. Toxumaların oksigenlə qidalanmamsı səbəbindən bəzən əzələ və baş ağrıları, əzələlərdə qıcolmalar meydana çıxır.
Sidiyə çıxmada dəyişikliklər
Böyrək çatışmazlığı əlamətlərindən ən əsası sidiyə çıxma zamanı baş verən dəyişikliklərdir. Böyrək çatışmazlığı zamanı sidikdə aşağıdakı dəyişikliklər meydana çıxa bilir:
* sidiyin miqdarında azalma
* sidiyə çıxmağa yalançı çağırışlar
* sidik kisəsində təzyiq hissinin olması
* qanda sidiyin olması
* sidiyin rənginin tünd olmsı
* sidikdə xoşagəlməz iyin olması
* sidiyi saxlaya bilməmək
* sidiyə çıxan zaman və çıxdıqdan sonra qaşınma, göynəmə hissi
* sidikdə köpüyün olması
* sidiyin qırıq-qırıq olması
Ən təhlükəli əlamət sidiyin miqdarının az olmasıdır. Qəbul edilən mayenin hamısı orqanizmdən xaric olmadıqda toxumalarda yığılıb qalır.
Şişkinlik
Böyrək çatışmazlığı zamanı maye yığılıb orqanizmdə qaldığından bədəndə şişkinlik meydana gəlir. Bu xəstələrdə şişkinlik ən çox üzdə, əllərdə və ayaqlarda olur. Ayaqların isə ən çox daban hissəsində şişkinlik müşahidə edilir. Bədəndə şişkinlik müxtəlif xəstəliklər səbəbindən baş verə biir. Böyrək çatışmazlığı səbəbindən əmələ gələn şişkinlik aşağıdakı xüsusiyyətlərə malik olur.
* şişkinlik yuxarıdan aşağıya doğru əmələ gəlməyə başlayır
* qısa bir zamanda əmələ gələ bilir
* dərinin rəngi solğun olur
* şişkinlik orqanizmin həm hərəkətli, həm də yumşaq toxumasında meydana gələ bilir
* şişmiş nahiyəni barmaqla basdıqda barmağı götürən zaman əmələ gələn iz tez itir
Səpgilər
Böyrək çatışmazlığı zamanı böyrəklərin funksiyası pozulduğuna görə toksiki maddələr orqanizmdən xaric ola bilmir və qana keçir. Bu zaman isə orqanizmdə zəhərlənmə əlamtləri meydana gəlir. Əlamətlər ən çox özünü dəridə qaşınmalarla biruzə verir.
Ağız dadının dəyişməsi
Qanda toksik maddələrin miqdarının artması xəstələrdə iştahanın azalmasına səbəb olur. Belə xəstələrin ağzında metal dadını xatırladan dad hissi meydana çıxır.
Ürəkbulanma və qusma
Böyrək çatışmazlığının əlamtlərindən biri də ürəkbulanma bə qusmadır. Bu böyrək toxumasının 80%-i zədələndikdə meydana çıxır. Xəstələr qusan zaman rahat olacaqlarının düşünürlər, amma, ürəkbulnama xəstəliyk ağırlaşdıqca artır.
Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən ən azı ikisi varsa mütləq böyrək həkiminə müraciət edin.