Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 20:03
"Xroniki xəstəliyi olan uşaqlar da peyvənd oluna bilərlər".
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.
Həkimin sözlərinə görə, peyvəndlənmədə iştirak edən uşaqların heç də hamısı sağlam deyil:
"Bu gün ürək-damar, böyrək, qan azlığı, xroniki və digər xəstəliyi olan uşaqların peyvənd olunub-olunmaması sual doğurur. Onların da vaksinasiyanı da təşkil edirik. Xroniki xəstəliyi olanlara peyvəndləmə planlama şəklində tətbiq olunur".
Pediatr qeyd edib ki, peyvəndləmədən öncə uşaqlar müayinə edilməlidir:
"Valideynlər daha çox peyvəndin yan təsirlərindən qorxurlar. Valideynlərin təşvişləri olur. Düşünürlər ki, bir dəfə qızdırması olubsa, yenə ola bilər. Ona görə də müayinə olunmaları daha məqsədəuyğundur".