Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pnevmoniya (sətəlcəm). Səbəblər və simptomlar

Pnevmoniya (sətəlcəm). Səbəblər və simptomlar

Tarix: 18 Dekabr 2022 21:45

Ümumiyyətlə, tənəffüs sistemi üzvləri, həmçinin onlardan biri olan ağ ciyərlər infeksion xəstəliklərə qarşı çox zəifdirlər.

Yuxarı tənəffüs yollarına (burun-udlaq, qırtlaq, traxeya) düşən viruslar və mikroblar onların iltihablaşmasına səbəb ola bilərlər.

Saglamolun.Az-ın məlumatına əsasən - müəyyən şəraitdə - immunitetin zəifləməsi, mikrobların yüksək aktivliyə malik olması və s. bu kimi hallarda iltihabi proses yuxarı tənəffüs yollarından aşağıya da yayıla bilər. Bəzi hallarda proses bronxların selikli qişasının iltihablaşması ilə başa çatır, bir çox hallarda isə proses bununla məhdudlaşmayaraq daha da ağırlaşır, ağ ciyərin öz toxumasını da zədələyərək pnevmoniyaya səbəb olur. Bu isə kifayət qədər ağır və əfsuslar olsun ki, yayılmış xəstəlikdir.

Pnevmoniya, adədən, öz-özünə əmələ gəlmir. Xəstəlik, adətən, tənəffüs yollarının hər hansı bir digər xəstəliklərinin (faringit, laringit, bronxit, kəskin respirator virus infeksiyası, qripp) fəsadı kimi inkişaf edir.

Aşağıda qeyd edilən əlamətlər özünüzdə və ya yaxınlarınızda ağ ciyərlərin iltihabının baş verməsinə şübhə yaratmalıdır:

1. Öskürək - xəstəliyin əsas əlaməti olub;

2. Soyuqdəymə zamanı xəstənin ümumi vəziyyətinin müvəqqəti yaxşılaşmasından sonra onun vəziyyətinin yenidən pisləşməsi və ya 7 gündən artıq davam edən istənilən "soyuqdəymə xəstəliyi";

3. Dərindən nəfəs almanın mümkün olmaması - hər bir belə cəhd öskürək tutmasının baş verməsinə səbəb olur;

4. Kəskin virus infeksiyasının digər əlamətləri fonunda (hərarət, zökəm, öskürək) dəri örtüyünün avazıması;

5. Temperaturun yüksək olmadığı halda təngnəfəsliyin baş verməsi;

6. Hərarəti aşağı salan dərman preparatlarının bədəndə olan yüksək temperaturu aşağı sala bilməməsi;

7. Temperaturun bir neçə gün ərzində "saxlanması";

Pnevmoniyanın ilkin əlamətləri qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət edərək müvafiq müayinələrdən keçmək lazımdır! Xəstəliyə diqqətsiz yanaşaraq onun ağırlaşmasına imkan verməyin! Bu çox təhlükəlidir!

Pnevmoniyanın risk faktorları:

- yaş faktoru. Uşaqlar və yaşlı adamlar xəstəliyə daha çox məruz qalırlar;
- siqaret çəkilməsi;
- ağ ciyərlərin xroniki xəstəlikləri (məsələn, xroniki bronxit);
- müxtəlif xəstəliklər, streslər, natamam qidalanma və s. səbəblərdən immunitetin zəifləməsi;
- bədənin tez-tez soyuması;

- quşlarla, heyvanlarla tez-tez təmasda olmaq.


Etiketlər:  Pnevmoniya sətəlcəm Səbəblər simptomlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ