Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 14:18
Sosial şəbəkələrdə Rusiyanın raket zərbələrindən sonra işıqsız qalan Ukraynanın peykdən çəkilən şəkli paylaşılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, görüntüləri ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) yayımlayıb.
Kadrlarda qonşu ölkələrin şəhərlərinin və infrastrukturunun parlaq işıqlarının əhatəsində qaranlığa qərq olmuş Ukrayna xüsusilə seçilir.
Qeyd edək ki, dekabrın 16-da Rusiya ordusu Ukraynanın müxtəlif sənaye komplekslərinə, həmçinin onları təmin edən enerji obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə kütləvi zərbələr endirib. Nəticədə ölkə boyu elektrik enerjisinin verilişində problemlər yaranıb. NASA-nın nümayiş etdirdiyi kadrlar dekabrın 17-nə aiddir.
Xatırladaq ki, ABŞ-nin kosmik agentliyi noyabrın 24-də də Ukraynanın tam olaraq qaranlığa büründüyü barədə peykdən çəkilən fotolar yayımlamışdı.