Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aftandil İsrafilovun səhhəti necədir?

Aftandil İsrafilovun səhhəti necədir?

Tarix: 19 Dekabr 2022 15:10

Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır.

Sonxeber.net xəbər verir ki, qarmon ifaçısının qızı Həcər axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:

"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək".

O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:

"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var".


Etiketlər:  Aftandil İsrafilovun səhhəti necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ