Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 08:38
"Rusiyanın Belarusa göndərdiyi "S-400" hava hücumundan müdafiə sistemləri və "İsgəndər" yüksək dəqiqlikli raket sistemləri işə salınıb".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə Belarusun paytaxtı Minskdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Putinlə görüşün "konstruktiv" və "məhsuldar" olduğunu bildirib:
"Biz ölkələrimizin təhlükəsizliyini möhkəm şəkildə təmin etmək üçün bütün lazımi tədbirləri davam etdirmək, qoşunların hazırlanması və döyüş qabiliyyətinin artırılmasını prioritet hesab etmək, daim təlimlər təşkil etmək barədə razılığa gəldik. Rusiya və Belarusun qurduğu regional birlik qrupu işlərini davam etdirir və iki ölkənin hərbi hissələrinin koordinasiyası üçün fəaliyyətlər təşkil edilir".
Rusiyanın daha əvvəl "S-400" hava hücumundan müdafiə sistemləri və "İsgəndər" yüksək dəqiqlikli raket sistemlərini Belarusa göndərdiyini qeyd edən Lukaşenko, "Bu gün S-400 sistemlərini və ən əsası "İsgəndər" sistemini aktivləşdirdik", - əlavə edib.