Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 12:20
"Bu gün dünyada bilirsiniz ki, böyük prosseslər gedir. Bütün onları nəzərdən keçirəndə görürük ki, bizim ölkəmizdəki vətəndaşlar xoşbəxtdir. Görürsünüz ki, Rusiyada, Ukraynada, İranda vəziyyət necədir?! Amerikanın özündə belə vəziyyət ürəkaçan deyil. Heç xəyalımıza da gəlməzdi ki, 30 ildir itirdiyimiz Qarabağ torpaqlarını geri qaytara bilərik. Bizdə insanlar necə lazımdırsa yaşayırlar. Düzdür, insanların elə xasiyyətləri var ki, nə qədər çox qazansalar da istəyirlər ki, daha da çox olsun. Onlar bu gün 10 min alsalar deyəcəklər ki, azdır, 15 min istəyirik, 15 min alsalar 20 min istəyəcəklər. İnsanlar nəfslərini cilovlaya bilmirlər".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a xalq artisti Bilal Əliyev deyib.
Xalq artisti Bilal Əliyev ötən həftə müğənni, əməkdar artist Kəmalə Rəhimlinin bizə danışdığı hadisənin əslində necə baş verdiyini açıqlayıb.
"Mənim xarici ölkələrə səfərlərim çox olub. Bir dəfə də gözəl müğənnimiz Kəmalə Rəhimli və bir neçə sənətçimizlə birlikdə Ərzuruma getmişdik. Kollektivimizlə bir ailə üzvü kimi idik. Yolun kənarında, qaranlıq bir yerdə avtobus saxladı, insanlar düşdü. Bir də gördüm ki, o biri tərəfdən 2-3 maskalı insan, əllərində avtomat, bıçaq olan şəxslər bizə hücum etmək istədilər. Mən o dəqiq bunların qarşısına keçdim. Sözün düzü, ehtiyyatımı da götürmüşdüm, üstümdə soyuq silah, yəni bıçaq var idi. Dedim ki, bir dəqiqə durun. Gördüm ki, bunlar bıçağı açıb, dayandılar. Mən də bıçağımı açdım, onlarla üzbəüz dayandım. Dedim ki, məni yaxşı dinləyin. Bunlar sizin azəri bacı-qardaşlarınızdır. Biriniz onlara yaxın getsəniz sizi tikə-tikə edərəm. Əvvəl hücum çəkmək istədilər. Gördülər ki, mən çox ürəkli bir adamam. Bu anda qarşı tərəfdən Kəmalə xanım və bir başqa sənətçimiz gəldi. Xanımlar gedib maşına minəndə mən artıq rahat oldum. Onlarla qucaqlaşıb öpüşüb, yola saldım. Əslində öz həyatımı ölümə atmışdım" deyə müğənni bildirib.
Bilal Əliyev indiyə qədər işğaldan azad olunmuş ərazilərə getməməyini belə izah edib.
"44 günlük qələbə vaxtı "Gözün aydın olsun, Azərbaycan" adlı əsər yazmışam. İnsanlar öz doğma yurdlarına köç edəndə bu yeni mahnımı oxuyacam. Mən hələ də işğaldan azad olunan bölgələrə getməmişəm. Səbəbi isə pensiyaya çıxmağımdır. Bilirsiniz ki, sənətçilər 57 yaşında pensiyaya çıxırlar. Mənim də 63 yaşım var. O vaxt dövlət idarəsində işləyirdim, kollektivlərə tapşırıq verilirdi ki, dövlət tədbirlərində iştirak etmək üçün hazırlaşsınlar. İndi Qarabağda keçirilən tədbirlərdə iştirak üçün Mədəniyyət nazirliyinə və yaxud da kütləvi rejissorlar kollektivlərinə tapşırıq verilir ki, kollektivlər hazırlansın, filan yerdə tədbir olacaq. İndi biz dövlət idarəsində çalışmırıq, pensiyadayıq. Ona görə də biz dəvət olunmamışıq" deyə sənətkar bildirib.