Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müller narazıdır - Getmək istəyir

Müller narazıdır - Getmək istəyir

Tarix: 9 Oktyabr 2019 15:28

"Bavariya”nın futbolçusu Tomas Müller komandadan ayrılmaq istəyir.

Qol.az-ın "Bild"ə istinadən yaydığı məlumata görə,  buna səbəb baş məşqçi Niko Kovaçın 30 yaşlı oyunçuya az şans verilməsidir. Bundan narazı olan hücumçunun “Bavariya” ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, klub rəhbərliyinə mövsümün sonunda ayrılmaq istədiyi barədə məlumat verib.

Qeyd edək ki, Müller bu mövsüm 7 matçda 287 dəqiqə oynayıb və 4 qolun ötürməsini edib.

Qeyd edək ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.

 


Etiketlər:  Müller narazıdır Getmək istəyir


RƏYLƏR