Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 15:28
"Bavariya”nın futbolçusu Tomas Müller komandadan ayrılmaq istəyir.
Qol.az-ın "Bild"ə istinadən yaydığı məlumata görə, buna səbəb baş məşqçi Niko Kovaçın 30 yaşlı oyunçuya az şans verilməsidir. Bundan narazı olan hücumçunun “Bavariya” ilə 2021-ci ilin yayınadək müqaviləsi olsa da, klub rəhbərliyinə mövsümün sonunda ayrılmaq istədiyi barədə məlumat verib.
Qeyd edək ki, Müller bu mövsüm 7 matçda 287 dəqiqə oynayıb və 4 qolun ötürməsini edib.
Qeyd edək ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.