Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Smartfon sayəsində xilas oldular

Smartfon sayəsində xilas oldular

Tarix: 20 Dekabr 2022 19:32

ABŞ-ın Kaliforniya ştatında avtomobillə 90 metr hündürlükdən yıxılan cütlüyə Meymun Kanyonundan çıxmağa smartfon kömək edib.

Sonxeber.net bildirir ki, bu barədə "The New York Times" xəbər verib.

Çərşənbə axşamı, dekabrın 13-də 23 yaşlı Kloe Filds və onun 24 yaşlı sevgilisi Kristian Selada, Meymun Kanyonu yaxınlığında iki zolaqlı şosse ilə hərəkət ediblər. Bir müddət sonra onların maşınının arxasında ağ rəngli "Mercedes-Benz"də qadın peyda olub və siqnallamağa başlayıb.

Seladanın dediyinə görə, o, onun keçməsinə icazə vermək qərarına gəlib, lakin bu zaman avtomobili öncə çınqıllara, sonra bir neçə ağaca çırpılıb, aşıb və kanyonun dibinə düşüb. Cütlük möcüzə nəticəsində sağ qalıb. "Maşın aşağı yuvarlanarkən "yaxşıyıq, yaxşıyıq" dediyimi xatırlayıram", - Filds deyib.

Kloe və Kristian maşından düşəndən sonra problemlə üzləşiblər. Kanyonda telefonların şəbəkəsi itib, və cütlük xilasedicilərə zəng edə bilməyib. Lakin tezliklə məlum olub ki, hər şey o qədər də ümidsiz deyil. Fildsin telefonunun ekranın sınmasına baxmayaraq, o, işləməyə davam edib və sahibinə peyk vasitəsilə işləyən "Emergency SOS" funksiyasından istifadə edərək təcili yardım xidmətləri ilə əlaqə saxlamağı təklif edib. Telefon istifadəçinin bir neçə qısa suala verdiyi cavabları xilasetmə xidmətinə ötürüb, həmçinin şəxsin yeri barədə məlumat verib.

Xidmətin əməkdaşları müraciətə baxaraq xilasediciləri qeyd olunan yerə göndəriblər. Onlar helikopterlə gəlib, zərərçəkənləri götürüb xəstəxanaya aparıblar. "Yalnız üzümüzdə qançırlar, kəsiklər, boyunda bir az ağrı və yüngül beyin sarsıntısı var", - Filds deyib. Axtarış-xilasetmə qrupunun koordinatoru qeyd edib ki, bu cür hadisələr adətən qurbanların ölümü ilə yekunlaşır, ona görə də Kloe və Kristianın xilası əsl möcüzədir.

İrfan Vəliyev


Etiketlər:  Smartfon sayəsində xilas oldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ