Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 10:22
Ermənistan parlamentinin son növbədənkənar sessiyası növbəti dəfə qalmaqalla yekunlaşıb. Deputatların çıxışları növbəti dəfə Rusiyanın ittiham olunması, sülhməramlıların fəaliyyətsizliyi, hakimiyyətdə təmsil olunanların başda baş nazir Nikol Paşinyan olmaqla "türk casusu" üzərində köklənib. Laçın dəhlizində azərbaycanlı fəalların etirazlarına həsr olunan toplantıda keçmiş prezident Robert Köçəryanyanın "Hayastan" fraksiyasından olan deputatlar baş nazir Nikol Paşinyan hökumətini kəskin tənqid ediblər. Onlar baş naziri Qarabağın erməni icmasına biganə yanaşmaqda ittiham ediblər.
Onları özündən çıxarn Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana bununla bağlı ünvanlanan suala cavab olub. O bildirib ki, 9 noyabr üçtərəfli bəyanatına görə Laçın dəhlizində təhlükəsizliyi Rusiya Federasiyası təmin etməlidir. "Bəs Ermənistan hökuməti heç bir tədbir görməməlidirmi və hakimiyyət Azərbaycanın nə tələb etdiyini bilirmi" sualına cavab verərkən Qriqoryan iddia edib ki, "Laçlın dəhlizi Qarabağda etnik təmizləmənin həyata keçirilməsi üçün bağlanıb", amma Ermənistan rəsmiləri ixtiyarlarında olan alətlərlə işləyirlər: "Laçın dəhlizi üçün məsuliyyət Rusiya Federasiyasına verilib və mən müxalifətin suallarını bu istiqamətə yönəltməsini istərdim". "Hayastan" fraksiyasından deputat Artsvik Minasyan isə deyib ki, "onlar sülhməramlı qüvvələri dəstəkləyir. Onlar Qarabağın təhlükəsizliyini az-çox təmin edən yeganə qüvvədir. Amma biz həm də Rusiya Federasiyasını bütün lazımi addımları atmağa çağırmışıq. Siz bunu niyə demirsiniz?"
Parlamentin iqtidardan olan virse-spikeri Ruben Rubinyan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatından ayrı-ayrı hissələri oxuyub və müxalifətə izah etməyə çalışıb ki, Laçın yolu Qarabağ və ya Ermənistanın yox, Rusiyanın nəzarətindədir. O xatırladıb ki, Azərbaycansa bu bəyanata müvafiq şəkildə bu yolda təhlükə yaratmamaq barədə öhdəlik götürüb: "Amma gəlin deməyək ki, bir nömrəli məsuliyyət daşıyan hakimiyyətdir və ya hakimiyyət məsuliyyətini başqalarının üstünə atmağa çalışır. Ya da Serj Sarkisyan deməsin ki, "bizə sülhməramlıların nə etməli olduqlarını deyin". Mən onların nə etməli odluqlarını bilirəm. 9 noyabr bəyantının 6-cı bəndində onların nə etməli olduqları yazılıb. Onlar Laçın dəhlizinə tamamilə nəzarət etməldirilər".
Müxalifətçi Artsvik Minasyan isə deyib ki, Paşinyan Laçın dəhlizinə alternativ yolu istifadəyə verib. Hökumət Qarabağ ermənilərinin qarantı olmaq öhdəliyi götürüb. "İndi isə gəlib deyisiniz: "gedin ruslardan tələb edin". Halbuki ilk növbədə məsuliyyəti siz daşıyırsınız". Müxalifətin hakimiyyəti Türkiyəyə rəğbət bəsləməkdə ittiham etməsi isə iqtidaryönlü deputat Vladimir Vardanyanı da özündən çıxarıb: "Mən bütün pasportlarımın surətini çıxarıb göstərərəm və siz də görərsiniz ki, həyatım boyu ayağım Türkiyə torpağına dəyməyib".
Azər Nuriyev