Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi münasibətilə paylaşım edib - FOTO

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi münasibətilə paylaşım edib - FOTO

Tarix: 21 Dekabr 2022 11:21

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 95 illik yubileyi münasibətilə "Instagram"da paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN".

Milli.Az


Etiketlər:  Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi münasibətilə paylaşım edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ