Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha çox tələbə sosial təhsil krediti ala biləcək - VİDEO

Daha çox tələbə sosial təhsil krediti ala biləcək - VİDEO

Tarix: 21 Dekabr 2022 15:38

Sosial təhsil krediti veriləcək tələbələrin əhatə dairəsi genişləndirilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsil kreditindən yararlananların siyahısına əhalinin sosial qrupuna aid daha 2 kateqoriyadan olan tələbələr  əlavə edilib.

Yeni qərara görə həm müharibə veteranı olmuş tələbələr, həm də ailə başçısını itirdiyi üçün əmək pensiyası alan tələbər də sosial  təhsil tələbə kreditindən yararlana biləcəklər.

Qeyd edək ki, 1 il ərzində Fonda 18 minə yaxın tələbə müraciət edib. Onlardan 11 min 500 tələbəyə təhsil tələbə krediti verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Daha çox tələbə sosial təhsil krediti ala biləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ