Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır

Nazir: Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır

Tarix: 9 Oktyabr 2019 16:45

Bakı. Mirsəid İbrahimzadə - Trend:

Yaxın zamanlarda Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması, eləcə də Azərbaycan vətəndaşlarının vizasız qarşılıqlı gediş-gəlişi barədə sazişə dəyişikliklərin edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, layihəyə əsasən Azərbaycan vətəndaşları Qazaxıstan ərazisində 30 gün ərzində qeydiyyatsız qala bilər, bu müddət başa çatdıqdan sonra onlar qeydiyyatdan keçərək daha 60 gün ərzində bu ölkədə yaşaya bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir Azərbaycan Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır


RƏYLƏR