Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivudun keçmiş “ər-arvad”ı nənə-baba olacaq - FOTO

Hollivudun keçmiş “ər-arvad”ı nənə-baba olacaq - FOTO

Tarix: 21 Dekabr 2022 19:46

Hollivudun məşhur, keçmiş "ər-arvad"ı Bryus Uillis və Demi Mur ilk dəfə nənə və baba olacaqlar.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, eks aşiqlərin böyük qızı 34 yaşlı Rumer Uillis hamilədir. 

Doğulmamış uşağın atası Vista Kiks qrupunun solisti Derek Riçard Tomasdır.  
Xoş xəbəri 60 yaşlı Demi Mur sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra isə Rumerin özü bu xəbəri elan edib.

Aktrisa qızının hamilə görünüşlü fotosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:  "İsti, gözəl nənəlik dövrünə girirəm".

Xatırladaq ki, Bryus Uillsin beş övladı var. Demi Mur ilə olan evliliyindən olan uşaqları Rumer, Skot və Talluludur.

Daha iki qızı - Mabel və Evelin - hazırkı həyat yoldaşı Emma ilə nikahdan dünyaya gəlib.

Qeyd edək ki, mart ayında "Die Hard"ın 67 yaşlı ulduzu Bryus Uillisin daha filmlərdə çəkilməyəcəyi məlum olmuşdu. Aktyora demensiyanın formalarından biri diaqnozu qoyulmuşdu.

Milli.Az


Etiketlər:  Hollivudun keçmiş ər arvadı nənə baba olacaq FOTO


RƏYLƏR