Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 15:28
Argentinalı təqaüdçü 60 illik ayrılıqdan sonra sevgilisinə qovuşub və onunla ailə qurub.
Sonxeber.net bildirir ki, bu barədə "Metro" məlumat yayıb.
1962-ci ildə hazırda 93 yaşında olan Jak adlı belçikalı işləmək üçün Buenos-Ayresə köçüb. Tezliklə o, Kristina adlı bir qadınla tanış olub. Belçikalı və argentinalı bir-birinə aşiq olub. Roman uzun sürməyib, çünki Jak tezliklə Belçikaya qayıtmalı olub.
Jakla gələcəyin qeyri-mümkün olduğunu başa düşən Kristina başqa kişi ilə evlənib. Kristina belçikalını xatırlamağa davam etsə də, onu tapmaq ümidini itirib. O, ayrılıqdan sonra Jakın yenidən Buenos Ayresə gəldiyini, onu axtardığını və hətta rəfiqəsi vasitəsilə əlaqələrini ona ötürməyə çalışdığını bilməyib.
Ərinin ölümündən 6 il sonra qadın və nəvələri Jakı sosial şəbəkədə tapmağa cəhd etmək qərarına gəliblər. Cəhd uğurlu alınıb və sevgililər yazışmağa başlayıblar. Sonra yenidən görüşüblər və iki il birlikdə yaşayıblar. 2022-ci ilin yanvarında 79 yaşlı Kristina sevgilisi ilə Belçikada, dekabrda isə Argentinada toy keçirib və yenidən ailə qurub.
İrfan Vəliyev