Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 17:56
Rusiyada, Kemerovo vilayətində yeniyetmə tikintidə pul qazanmaq qərarına gəlib və qolunu itirib.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya vilayətinin prokurorluğunun saytında məlumat verilib.
Şagirdin qolu işləyən betonqarışdıranın içinə qoyduqdan sonra amputasiya edilib.
Nəzarət orqanının məlumatına görə, şagird hansı işlə məşğul olacağı barədə işəgötürənlə şifahi razılığa gəlib - azyaşlı şlak bloklar istehsal etməli, xüsusən də beton qarışdırıcıda məhlul düzəltməli idi.
Prokurorluğun məlumatına görə, işəgötürən yeniyetməyə iş zamanı təhlükəsizlik tədbirləri barədə təlimat verməyib, həmçinin onu fərdi mühafizə vasitələri ilə təmin etməyib.
Hadisədən sonra müstəntiqlər tərəfindən tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məhkəmə xəsarət alan azyaşlının xeyrinə iki milyon rublun (28 500 dollar) verilməsi barədə qərar çıxarıb.
İrfan Vəliyev