Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin ABŞ-ın “Patriot” sistemlərini “S-300”lə müqayisə edib

Putin ABŞ-ın “Patriot” sistemlərini “S-300”lə müqayisə edib

Tarix: 22 Dekabr 2022 22:20

Kiyevə "Patriot" sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Patriot"a gəlincə, bu, yetərincə köhnə sistemdir, məsələn, bizim "S-300" kimi işləmir. Ancaq buna baxmayaraq, bizə qarşı çıxanlar bunun müdafiə silahı olmasına əsaslanırlar - yaxşı, olsun. Bunu sadəcə nəzərdə saxlayacağıq", - dövlət başçısı vurğulayıb.

"Əlacı həmişə tapılacaq. Qoy təmin etsinlər, biz onları sınağa çəkərik", - deyə Prezident "Patriot" sistemlərini şərh edərkən əlavə edib.

Xatırladaq ki, "Patriot" zenit-raket komplekslərinin Ukraynaya çatdırılması dekabrın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı elan edilib və bu, Ukrayna liderinin müharibə başlayandan bəri ilk xarici səfəri olub.


Etiketlər:  Putin ABŞ Patriot sistemlərini 300lə müqayisə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ