Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 12:50
Ucarda yetkinlik yaşına çatmayan qızın toyu olması barədə məlumat vermişdik. Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub.
Toy məclisinin görüntüləri sosial şəbəkələrdə yayılıb. İddia edilir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:
"Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".