Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vərəm xəstələri üçün pəhriz

Vərəm xəstələri üçün pəhriz

Tarix: 24 Dekabr 2022 07:33

Bu pəhriz vərəm xəstələri üçün nəzərdə tutulub. Pəhrizin məqsədi həzm prosesini yaxşılaşdırmaqla infeksiyadan zərər görmüş orqanizmin immunitetini qaldırmaq, orqanizmin müqavimətini artırmaqdan ibarətdir.
Bu dietaya kalorili, bol vitaminli, zülallarla zəngin, südlü, karbohidratlı qida məhsulları daxildir. Vərəmli xəstələr gün ərzində 5 dəfə yemək yeməli və yeməyin tərkibində olan yağın miqdarını az-az artırmalıdırlar. Rasionda xüsusi qidalar yoxdur. Belə xəstələr istədikləri hər şeyi yeyə bilər, yanlız soyuq içki və soyuducu tempraturunda olan qidaları qəbul etmək olmaz.
Vərəm xəstələri uzun müddət həkim nəzarəti altında olmalıdırlar. Belə xəstələrin qara ciyərində problemlər yoxdursa, onlar istədiklərini yeyə bilərlər.
Vərəm xəsələrinin qida rasionunu aşağıdakılar təşkil edir:
- müxtəlif növ un məmulatları, peçenyelər
- şirniyyatlar, pirojnalar
- istənilən şorba
- müxtəlif növ ət və ət məhsulları
- süd məhsulları
- müxtəlif formada bişirilən yumurta
- qarabaşaq, perlova, düyü, yarma
- makaron məhsulları
- bütün növ meyvə və tərəvəzlər
- müxtəlif qəlyanaltılar
- bal, mürəbbə,bəkməz
- meyvə şirələri, itburnu və buğda kəpəyi dəmləməsi.
Vərəm xəstəliyi sağalması mümkün olan ağır bir xəstəlikdir. Bu xəstəlik müxtəlif orqanlarla bərabər qara ciyərə də öz mənfi təsirini göstərir. Ona gərə də qara ciyər öz fəaliyyətini tam bərpa edənə qədər, həddən artıq yağlı qidalara diqqət yerirmək və həkim nəzarətində olmaq lazımdır.


Etiketlər:  Vərəm xəstələri üçün pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ