Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öd kisəsindən 382 daş çıxıb

Öd kisəsindən 382 daş çıxıb

Tarix: 25 Dekabr 2022 05:30

Hindistanın Madhya-Pradeş ştatında cərrahlar Yaşoda Bay adlı xəstənin öd kisəsində 382 öd daşı aşkar ediblər.

Milli.Az bildirir ki, bu barədə Time Bulletin məlumat yayıb.

Qadın bel və döş qəfəsində şiddətli ağrılar olduğundan kənd xəstəxanasına müraciət edib. Daha sonra Bayın ailəsi onu şəhərin tibb müəssisəsinə aparıb.

Həkimlər ultrasəs müayinəsi aparıblar və qadının öd kisəsində 382 daş aşkar ediblər. Onlardan bəzilərinin diametri bir santimetrə çatıb. Bay iki saatlıq əməliyyat keçirib və cərrahlar onun öd kisəsini içindəki daşlarla birlikdə çıxarıblar. Qadın hazırda xəstəxanada sağalır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  kisəsindən daş çıxıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR