Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2022 11:08
Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Dinamo Zaqreb"dən ayrılıb Türkiyə klubuna keçəcək.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə tanınan jurnalist və futbol mütəxəssisi Fuad Ələkbərov özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbə klubun adını çəkməsə də, Xorvatiya mətbuatı bunun "Antalyaspor" olduğunu iddia edir.
Bu baş versə, Emrelinin "Dinamo"da çıxışı cəmi 11 ay çəkəcək. O, bu ilin fevralında "Legiya"dan Zaqreb klubuna keçib. 25 yaşlı hücumçu bu mövsüm "Dinamo"nun heyətində cəmi 233 dəqiqə meydanda olub. O, liqada üç qol vurub. Ümumilikdə 11 ayda "Dinamo"da 20 oyun keçirib və 5 qol vurub.
Emrelinin "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi var və "Transfermarkt" onun dəyərini bir milyon avro göstərir.