Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi ilin son oyununu buraxacaq?

Messi ilin son oyununu buraxacaq?

Tarix: 25 Dekabr 2022 18:18

PSJ-nin futbolçusu Lionel Messi DÇ-2022-dəki fasilədən sonra komandanın ilk matçını buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Hazırda 35 yaşlı hücumçu Argentina millisi ilə DÇ-2022-ni  qazandıqdan sonra vətənində istirahət edir. Klub başa düşür ki, futbolçu dünya çempionatındakı uğurunu qeyd etmək istəyir. Buna görə də PSJ forvardı futbolçunu tələsdirmir. Onun 2022-ci ilin sonuna qədər Parisə qayıdacağı gözlənilir.

PSJ DÇ-2022-də fasilədən sonra ilk oyunu dekabrın 28-də Fransa çempionatının 16-cı turunda "Strasburq"a qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Messi ilin son oyununu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ