Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roqozin əməliyyat olunacaq

Roqozin əməliyyat olunacaq

Tarix: 26 Dekabr 2022 07:08

Donetskdə yaralanan Rusiya Prezidentinin hərbi məsləhətçilər qrupunun və "Çar canavarları" elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin bazar ertəsi, dekabrın 26-da boyun fəqərələrindən yad cismin çıxarılması üçün əməliyyat keçirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Mən uzanmışam, əməliyyata hazırlaşıram. Sabah onurğa sütununda əməliyyat keçirilməlidir. Saxlamaq da olmaz, çıxarmaq da risklidir. İflic yarada bilər" - deyə Roqozin TASS agentliyinə bildirib.

Xatırladaq ki, Dmitri Roqozin Donetskdə otelin atəşə tutulması zamanı yaralanıb.

Milli.Az


Etiketlər:  Roqozin əməliyyat olunacaq


RƏYLƏR