Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir sözə görə qonşusunu baltaladı

Bir sözə görə qonşusunu baltaladı

Tarix: 26 Dekabr 2022 20:00

Rusiyada, Leninqrad vilayətinin Tixvin şəhərində 68 yaşlı kişi 43 yaşlı qonşusunun başını balta ilə bədənindən ayırıb.

Sonxeber.net bildirir ki, bu barədə "Fontanka" nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, günorta saatlarında Maşinostroitel küçəsindəki təqaüdçünün mənzilində başsız qadın meyiti tapılıb. Onun başı tamamilə kəsilib, bədənində çoxlu bıçaq yaraları qeydə alınıb.

Qətldə şübhəli bilinən şəxs mənzilin sahibi olub: onun evindən üç balta və bir neçə bıçaq tapılıb. İlkin məlumata görə, həmin gün qadın qonşusuna irad bildirib. Kişi, qadının daim onu ​​izlədiyini və infarkt keçirməsini istədiyini bildirib. Yerli media yazıb ki, təqaüdçü sinir-psixiatriya dispanserinə tez-tez müraciət edib.

Qətl faktı ilə bağlı cinayət işi açılıb.

İrfan Vəliyev


Etiketlər:  sözə görə qonşusunu baltaladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ