Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Molla rejimindən ağlasığımaz addım: Hicab bəhanəsi ilə...

Molla rejimindən ağlasığımaz addım: Hicab bəhanəsi ilə...

Tarix: 26 Dekabr 2022 22:08

İranın Loristan əyalətinin Burucərd şəhərindəki ticarət mərkəzində 2 iş yeri "məcburi hicab qanunu"nu pozduğuna görə bağlanıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Burucərd valisinin müavini Emin Qudrəzi məlumat verib.

"Ticarət Mərkəzində fəaliyyət göstərən 2 iş yeri işçilərinin hicab qaydasına əməl etməməsi səbəbindən möhürlənib", - Qudrəzi bildirib.

Sözügedən addımın şəhər prokurorluğunun qərarı ilə atıldığını deyən şəhər rəsmisi ticarət mərkəzindəki iş yerlərinin məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini vurğulayıb.

Dünən isə Qum şəhərində onlarla mağazanın yerləşdiyi və 700 nəfərin işlədiyi ticarət mərkəzi geyim qaydalarına əməl edilmədiyi səbəbi ilə möhürlənib.

Dekabrın 20-də Qəzvin şəhərində də 5 iş yeri "hicabsız xidmət göstərdiyinə görə" bağlanıb.

Sentyabrın 13-də Tehranda 22 yaşlı Məhsa Əmininin "hicab qaydalarına əməl etmədiyinə görə" polis tərəfindən qətlə yetirilməsi ölkədə kütləvi etirazlara səbəb olub. Rejim əleyhinə kütləvi nümayişlərə çevrilən etirazlar zamanı yüzlərlə insan molla rejimi tərəfindən öldürülüb, 15 mindən çox insan həbs olunub.

Etirazlar davam edir.


Etiketlər:  Molla rejimindən ağlasığımaz addım Hicab bəhanəsi ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ