Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Arsenal” liderliyini davam etdirir

“Arsenal” liderliyini davam  etdirir

Tarix: 27 Dekabr 2022 08:26

Dekabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu keçirilib.

London derbisində turnir cədvəlinin lideri "Arsenal" öz meydanında "Vest-Hem"i qəbul edib.

Oyunun ilk hissəsində qonaqlar Benrahmanın penaltidən vurduğu qolla hesabı açıblar - 0:1. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə "Topçular" oyunda dönüş yaratmağı bacarıblar. Saka, Martinelli və Nketianın qolları sayəsində hesabı öz xeyrinə dəyişən Mikel Artetanın yetirmələri dünya çempionatı ilə əlaqədar yaranmış təxminən iki aylıq fasilədən sonra ilk oyunda qələbə qazanıblar. Bu qələbə sayəsində xallarının sayını 40-a çatdıran "Arsenal" liderliyini davam etdirir.

Milli.Az


Etiketlər:  Arsenal liderliyini davam etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ