Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhərə gələn bəbir 15 nəfəri yaraladı - VİDEO

Şəhərə gələn bəbir 15 nəfəri yaraladı - VİDEO

Tarix: 27 Dekabr 2022 19:24

Hindistanda Assam ştatının Corhat şəhərinə daxil olan bəbir insanlara hücum edib.

Milli.Az bildirir ki, bu barədə Times Now xəbər verib.

Vəhşi heyvan insanların və maşınların üstünə qaçıb. "Prudent Media Goa" tərəfindən yayımlanan videoda bəbirin evlərdən birinin hasarından tullanaraq yol boyu hərəkət edən mikroavtobusa hücum anı çəkilib. Yırtıcı avtomobilin arxa güzgüsünü sındıra bilib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, bəbir ən azı 15 sakini, o cümlədən onu tutmağa çalışan Meşə Təsərrüfatı İdarəsinin üç əməkdaşını yaralayıb. "The Times of India" yazıb ki, qurbanlar arasında uşaqlar da var.

İdarənin əməkdaşları bəbiri tuta biliblər. Zərəçəkənlərin həyatı üçün təhlükə yoxdur.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Şəhərə gələn bəbir nəfəri yaraladı VİDEO


RƏYLƏR