Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2022 22:10
Yaponiyanın yenidənqurma işləri naziri Keniya Akiba maliyyə pozuntuları ilə bağlı qalmaqal fonunda istefa verib.
Sonxeber.net yYenisabah.az-a istinadla xəbər verir ki, Akiba 2011-2020-ci illər arasında həyat yoldaşı və anasının ofisinin kirayəsi üçün təxminən 14 milyon yen (təxminən 105 min dollar) ödəməkdə şübhəli bilinir və onlar gəlirlərini bəyan etməyiblər.
Həmçinin, bildirilir ki, o, 2021-ci ilin oktyabrında parlamentin aşağı palatasına seçki kampaniyası zamanı işləri dövlət tərəfindən ödənilən katiblərinə təxminən 200 min yen (təxminən 1 milyon 400 min dollar) ödəməklə qanunu pozub.