Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 07:42
ABŞ-ın Los-Anceles şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan təyyarə sərnişinlərdən birinin noutbukunun alışması səbəbindən məcburi eniş edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "ABC 7" telekanalı məlumat yayıb.
Təyyarə Çikaqonun hava limanına planlaşdırılmamış eniş edib. Hava gəmisi eniş edərkən artıq yanğın söndürülüb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilib.