Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrana gedən Şəbnəm özündən çıxdı

İrana gedən Şəbnəm özündən çıxdı

Tarix: 28 Dekabr 2022 14:25

Şəbnəm Tovuzlunun İranda Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri sosial şəbəkədə müzakirə yaradıb.

Sonxeber.net yenilik.az-a istinadən xəbər verir ki, izləyicilərin əksəriyyəti İranda hicaba etiraz əlaməti olaraq aksiyaların davam etdiyi vaxtda onun bu addımını tənqid edib.
Sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama paylaşıb:

"Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm ki, mənim Məşəd ziyarətim sizləri çox narahat edib. Və Təbrizdə yaşayan bəzi ağıldan kam olanlar... Mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, ziyarət edim buranı. Yaxşı da etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam.

Tehranda məni sevən izləyicilərim var. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı, mən bilmirəm. Bu, bir günlük ziyarətdir. Qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım qismət etdi mənə bu ziyarətləri. Siz hələ çox danışacaqsınız".


Etiketlər:  İrana gedən Şəbnəm özündən çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ