Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 22:54
Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsinə qarşı mitinq keçirilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Mitinq iştirakçıları Prezident Salome Zurabişvilinin iqamətgahı qarşısına toplaşaraq ondan Saakaşvilini xaricə müalicə üçün buraxmamasını tələb ediblər.
Aksiya iştirakçıları "Əfv yoxdur!" şüarları səsləndiriblər.
***
Tiflisdə Saakaşviliyə dəstək üçün keçirilən etiraz aksiyasına ölkə Prezidenti Salome Zurabişvili də qatılıb.
Ölkə Prezidenti Salome Zurabişvili aksiya iştirakçılarının qarşısına çıxaraq onlara müraciət edib:
"Mənə çox maraqlıdır, öncə mənim suallarım var - əgər siz bura bəzi adamların yaydığı şayiələrlə bağlı gəlmisinizsə, görəsən mənim haqqımda yaratdıqları şayiələri yayanlar 2007-ci ildə baş verən faciələrdə harada idilər? Onların harada olduqlarını mən cavablayım - ya Mişanın qərargahında idilər, ya müxtəlif yaxşı vəzifələrdə ya da "Kartu Bank"da yerləşmişdilər. Belə çıxır ki, nəyi, nə vaxt və niyə edəcəyimi bilirlər.
Murusidzeni, Çinçaladzeni mən əfv etdim? Onları mən yerləşdirdim belə yerlərə? Onları heç kimin çıxara bilməyəcəyi yerdən mən çıxartdım, bu əfv deyilmi?", - deyə Salome Zurabişvili etirazçılara bildirib.